Campos Racing ərizə verib

İspaniyanın F3 seriyasında çıxış edən Campos Racing komandası gələn ilin Formula1 çempionatında çıxış etmək üçün ərizə verib, rəsmən rəizələrin qəbul […]

İspaniyanın F3 seriyasında çıxış edən Campos Racing komandası gələn ilin Formula1 çempionatında çıxış etmək üçün ərizə verib, rəsmən rəizələrin qəbul olunma vaxtı başlayandan, yəni gecə yarısından beş dəqiqə keçmiş komanda ərizəsini verib və indi federasiya tərəfindən baxışı gözləyir. İspaniya mətbuatının yaydığı xəbərə görə, komandanın yaradılması layihəsində Adrian Kamposun kollektivindən başqa meksikalı biznesmen Karlos Slim və NBA basketbolçusu Pau Qazol iştirak edirlər…

Adrian Kampos keçmiş Formula1 sürücüsüdür, indi isə biznesmen və menecerdir, vaxtilə Fernando Alonsonun istedadını üzə çıxarıb, keçən il GP2 seriyasında komanda hesabında qalib gəlmiş Barwa İnternational Campos Team komandasının həm sahibi idi, o jurnalistlərə bildirib ki, yeni komanda Campos Meta 1 adını ala bilər, Meta İmage şirkəti komandanın sponsorlarından biridir.

Yeni komanda barədə başqa məlumatlar bildirilmir. Bir daha xatırladaq ki, ərizələrin verilməsi müddəti bir həftədən sonra başa çatır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*