K.Rəykkönen Rally Finland mərhələsində uğurla yarışıb

Dördqat dünya çempionu Tomi Myakinen hesab edir ki, Kimi Rəykkönenin Rally Finland mərhələsində N qrpunun mükafatçısı olmaq şansları var. Yarışlar […]

Dördqat dünya çempionu Tomi Myakinen hesab edir ki, Kimi Rəykkönenin Rally Finland mərhələsində N qrpunun mükafatçısı olmaq şansları var. Yarışlar bu gün Finlandiyanın Yuvyaskyulya şəhəri ətrafında başlayıb və bazar günü başa çatacaq. Rəykkönen Fiat Abarth Grande Punto maşının skünaı arxasında öz qrupunda hələlik 5-ci yerdədir, ümumi təsnifatda isə yeksək 17-ci yeri tutur. Qeyd edək ki, gün ərzində Kiminin sürəti artıb və son iki sahəni o ilk üçlükdə başa vurub…

Tomi Myakinen: “Kiminin süərti məni təəccübləndirmir. Mən onun yanında oturmuşam və onun ralli maşınını idarə etməsini də görmüşəm. Onun çox təbii sürmə stili var, özü də çox aqresiv deyil. Biz onun imkanlarından xəbərdarıq. Məncə, dərhal ralli maşının sükanı arxasına oturub Kimi getməyi bacaran sürücülər çox deyil.

Əlbəttə, əgər Kimi əvvəldə ralli ilə məşğul olsa idi, indi o çoxdan dünya çempionu olardı. Onun ustalıq səviyyəsinə heç kim şübhə etmir. Hələlik ona yeganə mane olan şturmanla ünsiyyətin təcrübəsizliyidir. belə bir ünsiyyət onun üçün yenilikdir, amma o sürətlə bu işi öyrənir və bunun ona xeyri var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*