C.Rassel: Yenə də autsayderik

Williams komandasının sürücüsü Corc Rassel bildirib ki, hələ də çox zəifdirlər.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası son iki mövsümdə cəmi 3 yarışdan xal alaraq, turnir cədvəlinin zirzəmisində qərarlaşıb. Lakin həm Rassel, həm də debütant komanda yoldaşı Latifi qış testlərində keçənilkinə niabətən yaxşı performans göstəriblər.

Corc Rassel: “Şübhəsiz ki, daha yaxşı vəziyyətdəyik. Realist olsaq, hələ də ən zəif maşın bizdədir. Ancaq fərqi azaltmışıq. Melburnda hər şey məlum olacaq. Lakin bizi sıralanma turunun ikinci və ya üçüncü sessiyasında gözləməyin. Keçən il bolidimizi son həddə sürəndə belə 19-cu yerdən o tərəfə gedə bilmirdik. Ancaq bu il rəqiblərimiz səhv eləsə, qabağa getmək üçün şansımız olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*