C.Miller: Sözüm təkcə Markesə aid deyildi

KTM komandasının sürücüsü Cek Miller bildirib ki, rəqiblərini çempionat daha sağlam olsun deyə tənqid edib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü rəqiblərinə “səslərini kəssinlər və işləri ilə məşğul olsunlar” deyərək tənqid etmiş və müzakirələrə yol açmışdı. Miller bu tənqidin kimə olduğunu deməsə də, əksəriyyət düşündü ki, o, Mark Markesi nəzərdə tutur.

Lakin Cek Miller bildirib ki, o bu sözləri təkcə Markesə yox, bir qrup sürücüyə deyib: “Onlar mənə reaksiya verərək, diqqəti özlərinə çəkmək istəyirlər. Bu, axmaqlıqdır. Sürücülərin çoxu məlumatlandırma toplantısına gəlməmişdilər. Buna görə mənim əslində nə dediyimi bilmirlər. Sonra isə diqqət mərkəzinə düşmək üçün dedi-qodular yayırlar. Birdən sizə hamı reaksiya verir. Amma olan oldu. Bu da bizim yaşadığımız Dünyadır.

Mən istəyirəm ki, çempionat daha sağlam olsun və hamı işi ilə məşğul olsun. Dediyim kimi bu söhbət olanda əksəriyyət orada deyildi.

Sözlərimin arxasındayam. Məndən bu sözlərin Marka aid olub-olmadığını soruşdular. Ancaq bu sözlər bir qrup sürücüyə aiddir. Lakin hamı istəyir ki, bu sözləri Mark barədə deyim. Əlbəttə, Mark üçün dedim, amma təkcə onu nəzərdə tutmamışdım.

Bilirəm ki, Mark çətin dövrdən keçir və bunun asan olmadığını anlayıram. Ancaq heç bir azarkeş bir sürücünün çətin dövrdən keçdiyini eşitmək istəməz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*