22 Avqust 2019, Cümə axşamı - 16:37

C.Haas yeni hədəfləri açıqlayıb

C.Haas yeni hədəfləri açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

20:13 - 13 Fevral, 2017

Formula1-də ikinci mövsümünə hazırlaşan Haas komandası 2017-ci ildə daha yaxşı nəticələr qazanmaq istəyir.

F-1.az xatırladır ki, Haas komandası keçən il Formula1-də debüt etmiş və ilk mövsümündə Mühəndislər Kubokunda 8-ci olmuşdu. Amerikalılar son illərdə Formula1-də debüt edən komandalara nisbətən yaxşı nəticə göstəriblər.

Komandanın sahibi Cin Haas 2017-ci ildə daha yaxşı nəticələr əldə etmək istədiklərini deyib: “Məncə, Formula1-də yaxşı debüt etdik. Böyük hədəflərimizi reallaşdırdıq və gözləntiləri artıqlaması ilə qarşıladıq. İlk yarışdan xal almağımıza təəccübləndim. Melburnda 6-cı idik. Formula1-də ilk yarışından bu cür yüksək nəticə ilə ayrılmaq hamıya nəsib olmur.

Yeni reqlamentin bizim üçün həm müsbət, həm də mənfi tərəfləri olacaq. Müsbət tərəfləri odur ki, pit sahəsində yeni komanda qurmayacağıq. Yük maşınları və digər avadanlıqlar cəhətdən narahatçılığımız yoxdur, çünki bunların hamısı artıq var. Mənfi cəhətlərə gəldikdə isə yeni reqlament var və hər şeyi bir araya gətirmək üçün vaxtımız var. Hazır olmalıyıq.

Tərəfdaşlarımızla əlaqələrimiz yaxşıdır. Buna görə də bəzi şeyləri almaq daha asan olacaq. Keçən il olduğu kimi çətin mövsüm keçəcək, amma əlimizdəki məlumatlara əsasən, bu il daha yaxşı performans göstərə bilərik. Əgər daha güclü olsaq, 1 və ya 2 pillə irəliyə gedə bilərik”.

Cin Haas etiraf edib ki, Formula1-ə gələrkən Ferrari ilə ortaqlıq qurmağı düşünməyiblər: “Formula1-ə başlayanda düşünürdük ki, hər şeyi özümüz edəcəyik. Öz şassimizi, asılqanımızı, detalları və aerodinamikanı. Yəni ki, ənənəvi model olacaqdı. Amma bu böyük mübarizə idi və strategiyamızı dəyişdirməli olduq. Bəs kimlə tərəfdaş ola bilərdik? Bu böyük vəzifə idi. Səkkiz və ya doqquz ay ərzində reallaşdırmaq qeyri-mümkün idi. Strategiyamızı dəyişdirərək, Ferrari ilə ortaqlıq qurduq. Formula1-ə gələndə bunu düşünməmişdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 743
Teqlər ,
Paylaş

logo