12 Noyabr 2019, Çərşənbə axşamı - 16:54

C.Paolo Dallara niyə narazıdır?

C.Paolo Dallara niyə narazıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

11:23 - 16 Fevral, 2017

Formula1 konstruktorlarından Can Paolo Dallara 2017-ci ildəki reqlament dəyişikliklərini tənqid edib.

F-1.az xatırladır ki, 80 yaşlı mütəxəssis Haas komandası ilə tərəfdaşlıq edir. Amma italiyalı konstruktor yeni qaydaların idmana xeyir verəcəyinə əmin deyil.

Dallara İtaliyanın məşhur jurnalistlərindən olan Leo Turiniyə açıqlamalar verib: “Bir mühəndis kimi başa düşmürəm ki, niyə yüksək asfaltayatma qüvvəsini seçiblər. Belə olan halda bolidlər bir-birlərini izləməkdə çətinlik çəkəcəklər və ötmələr çətinləşəcək. Həmişə deyirik ki, Formula1 əvvəlki qədər şou xarakteri daşımır, amma bu dəyişikliklərdən sonra olan qalan şou da məhv olacaq. Formula1-in hazırda fərqli ideyalara ehtiyacı var. Bu yaxınlarda virtual təhlükəsizlik avtomobili adında bir şey çıxdı və sürücülərin arasındakı fərqlərin stabil tutulması təmin edildi. Bu rəqabəti artıran şeylər deyil. Amma bu cür şeylərin üstündə işləyirlər. Ümid edirəm ki, mən səhv çıxaram və 2017-ci il əla keçər. Azarkeşlər artıq rəqabət görmək istəyirlər. Bu tezliklə onlara təqdim edilməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 616
Teqlər , , ,
Paylaş

logo