Biz artıq xəbər vermişdik, bu gün Xeresdə Vitaliy Petrov üzərinə komanda yoldaşı Robert Kubitsaya dəstək sözləri yazılmış R31-in sükanı arxasında trasa çıxıb – komanda və rusiyalı sürücü Robertin tezliklə sağalmasını arzulayıblar.
Qeyd etmək lazımdır ki, “Szybkiego powrotu do zdrowia Robert” sözləri bu gün testlərdə iştirak edən bütün maşınların üzərinə yapışdırılıb – bəzi maşınların ön antiqanadına, bəzilərinin yan pantonlarına, bəzilərinin burnuna. Hamıdan əvvəl isə bu yazı FOTA-nın saytında peyda olub…