Sauber komandası FİA-nın iştirakçılar siyahısına düşməyib

Dünən axşam FİA-nın rəsmi saytında 2010-cu il Formula1 üzrə dünya çempionatının iştirakçılarının siyahısı dərc olunub. Bu rəsmi reliz deyil, sadəcə […]

Dünən axşam FİA-nın rəsmi saytında 2010-cu il Formula1 üzrə dünya çempionatının iştirakçılarının siyahısı dərc olunub. Bu rəsmi reliz deyil, sadəcə saytın bir səhifəsidir, amma bu səhifədə nə Sauber komandası, nə də komandanın sürücüləri əks olunmayıblar, hərçənd, Campos Meta və US F1 komandaları siyahıya düşüblər…

Alman jurnalistlər federasiyadan şərh verməsini xahiş ediblər, FİA-nın cavabı gözlənilməz olub – siyahıya 30 noyabr rəsmi relizində olan komandalar düşüblər, o zaman Sauber komandası hələ bu siyahıda yox idi, sonrakı düzəlişlər isə hələ nəzərə alınmayıb, çünki hələ də çempionat iştirakçılarının sayı da aydın məlum deyil.

BMW Sauber-in nümayəndələri Razılıq Müqaviləsini imzalayıblar, komandanın çempionatda iştirakı şübhə doğurmur, dəqiq siyahı və maşınların nömrələri isə Campos və US F1 komanadalarının vəziyyəti həll olunduqdan sonra bəlli olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*