23 Mart 2019, Şənbə - 15:16

Braziliya Qran Prisi: Maraqlı statistika

Braziliya Qran Prisi: Maraqlı statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:10 - 01 Dekabr, 2012

Mövsümün sonuncu yarışından sonra məşhur Forix ensiklopediya bazasının əməkdaşı Mikele Merlino maraqlı statistik məlumatlar toplayıb… Fettelin üçüncü titulu Sebastyan Fettel […]

Mövsümün sonuncu yarışından sonra məşhur Forix ensiklopediya bazasının əməkdaşı Mikele Merlino maraqlı statistik məlumatlar toplayıb…

Fettelin üçüncü titulu

Sebastyan Fettel titulu 3 dəfə ardıcıl qazandı, ondan əvvəl bunu yalnız Xuan Manuel Fanxio (1954-1957) və Mixael Şumaher (2000-2004) etmişdilər, amma ilk titulundan sonra bunu ardıcıl edən olmamışdı.

Sebastyan ən gənc üçqat dünya çempionu oldu və Ayrton Sennanı qabaqladı. Fettel üçüncü titulunu 25 il 4 ay və 22 günündə qazandı, Senna isə 31 il 7 ay və 13 günündə bayram etmişdi.

Sebastyan Fettel Formula1 tarixində birinci sürücü oldu ki, mövsümün gedişində heç bir Avropa yarışında qələbə qazanmadan dünya çempionu oldu. Bu il almaniyalı sürücü Bəhreyndə, Sinqapurda, Yaponiyada, Koreyada və Hindistanda qələbə qazanmışdı.

Mövsümün son 2010-cu ilə çox bənzəyirdi – Fettel titul uğrunda son yarışda Fernando Alonso ilə mübarizə aparırdı, iki il əvvəl də Seb mövsümdə 5 qələbə qazanmışdı. Mövsümlərin yekun nəticə fərqi də cəmi bir xaldır – 2010-cu ildə dörd xala qarşı 2012-ci ildə üç xal.

2012-ci ildə Red Bull sürücüləri 8 poul qazandılar, McLaren-in hesabında eyni sayda poul var – 1996-cı ildən titulu qazanan sürücü ən çox poul qazanan komandanı təmsil edir.

2012-ci ildə Fettel 10 dəfə podiuma qalxdı, onlardan yalnız dördündə ilk üçlüyün xaricindən start almışdı.

Alonsonun ikinciliyi

Fernando Alonso bu mövsümü karyerasının ən yaxşı mövsümü adlandırıb, statistika da bunu təsdiq edir – maşının sürətinin aşağı olması müqabilində (xüsusən də sıralanma turlarında) sürücünün nəticəsi fenomenaldır.

Alonso bu il cəmi 3 qələbə qazandı, yalnız 1987-ci ildə Nelson Pike 3 qələbə ilə titul qazanmışdı, amma o zaman mövsümdə 16 yarış keçirilirdi.

Alonso bu il cəmi 2 poul qazndı (hər ikisi yağışlı şəraitdə), yalnız 1989-cu ildə Alen Prost 2 poulla titul qazanmışdı, amma o zaman mövsümdə 16 yarış keçirilirdi.

2012-ci ildə Fernando Alonso 13 dəfə poiduma qalxdı, onlardan 10 dəfə ilk üçlüyün xaricindən start almışdı. Bu yeni rekorddur, əvvəlki rekord Alen Prosta məxsus idi – “Professor” 1986-cı ildə 9 dəfə ilk üçlükdən start almaqla podium qazanmışdı, amma o zaman mövsümdə 16 yarış keçirilirdi.

Mövsümün gedişində Ferrari sürücülər heç bir yarışda sürətli dövrəyə imza ata bilmədilər – 1984-cü ildən ilk dəfə.

Braziliyada hər iki Ferrari sürücüsü podiuma qalxmışdı, sonuncu dəfə komanda 2010-cu ildə Koreyada belə sevinmişdi. Bu il Red Bull sürücülərinin hər ikisi 3 dəfə podiuma qalxıblar.

Sıralanma turu

Karyerasında 26-cı poulunu qazanan Lyuis Həmilton bu nəticəyə görə Mika Hakkinenə çatıb, finlandiyalı sürücü də bütün poullarını yalnız McLaren-də qazanmışdı – bu iki sürücü komandanın 155 poulundan 52-ni qazanıblar, yəni üçdə birini. Həmiltonun poulu 12 illik fasilədən sonra İnterlaqosda McLaren üçün birinci oldu, sonuncu dəfə Mika Hakkinen 2000-ci ildə poul qazanmışdı.

Censon Batton mövsümdə dördüncü dəfə start düzümündə ikinci olub, hər birində də komanda yoldaşının arxasında dayanıb.

Tarixdə 62-ci dəfə McLaren sürücüləri ilk cərgəni zəbt ediblər, Braziliyaya qədər bu göstəriciyə görə Williams-la bərabərlik idi.

Mövsümün gedişində Postor Maldonado start düzümündə cərimələr üzündən 48 mövqe itirməli olub.

Mövsümdə ilk də Roman Qrojan sıralanma turunun ikinci sessiyasına keçə bilmədi.

Yarış

Censon Batton karyerasında 15-ci qələbəsini qazandı – Braziliyada ilk qələbə və İnterlaqos sürücünün qələbə qazandığı 12-ci tras oldu. 2005-ci ildə Xuan Pablo Mantoyya McLaren üçün Braziliyada sonuncu qələbəni qazanmışdı, indi bu trasda McLaren və Ferrari-nin 8 qələbəsi var.

Qran Prinin gedişində 3 sürücü liderlik etdi – heç vaxt İnterlaqosda liderlik etməmiş Həmilton və Batton, bir də, heç vaxt karyerasında yarışda liderlik etməmiş Niko Hülkenberq. Niko mövsümün gedişində yarışda liderlik etmiş 13-cü sürücü oldu, 2009-cu ildə eyni nəticə qeydə alınmışdı.

Həmiltonun “qələbə lənəti” Braziliyada da davam edib – son 5 qələbədən sonra növbəti yarışda sürücü finiş görməyib: 3 dəfə insidnetin qurbanı olub, 2 dəfə isə ötürmələr qutusunun.

Mixael Şumaher karyerasının son yarışında 5 uğursuz yarışdan sonra xal qazana bilib.

Kimi Rəykkönen bütün yarış məsafəsini qət edə bilməyib – Braziliya Qran Prisinə qədər sürücü həmişə liderlə eyni dövrədə finiş görüb, amma İnterlaqosda liderə bir dövrə uduzub. Beləliklə, bu il heç bir sürücü bütün yarış məsafəsini qət edə bilməyib. Buna baxmayaraq, finlandiyalı sürücü yeni rekorda imza atıb – mövsümdə bütün yarışlarda finiş görməklə 6083 km məsafə qət edib.

Vitaliy Petorvun Braziliyada göstərdiyi 11-ci nəticə nəinki Caterham üçün, eləcə də 2010-cu ildə çempionatda debüt etmiş komandaların tarixində də ən yaxşı nəticə olub.

Şarl Pikin 12-ci nəticəsi sürücünün karyerasında ən yaxşı nəticə olub.

Serxio Peresin McLaren-ə keçməsi elan olunduqdan sonra keçirdiyi 6 yarışda meksikalı sürücü heç bir xal belə qazana bilmədi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər
Paylaş

logo