16 Sentyabr 2019, Bazar ertəsi - 20:24

H.Marko: “Elbon Kvyatdan güclüdür”

H.Marko: “Elbon Kvyatdan güclüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 20 Avqust, 2019

Red Bull şitkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Aleksander Elbon güclü sürücüdür.

F-1.az xatırladır ki, Red Bull 12 yarışdan sonra bərbad performans göstərən Qaslini göndərərək, yerinə debütant Aleksander Elbonu gətiriblər. Lakin Aleksin komanda yoldaşı bu mövsüm podiuma yüksələrək, daha çox xal qazanıb. Buna görə də “qırmızı öküzlər”in seçimi hamını təəccübləndirib.

Helmut Marko: “Çox pozitivəm, çünki Elbon istədiyimiz səviyyədədir. İlk mövsümündə yaxşı nəticələr qazanır və hər yarış inkişaf edir. Aleksin Red Bull-la doqquz yarışlıq müqaviləsi var. Gələn il Maksın yanında kim yarışacaq bilinmir. Buna görə də özünü rahatlıqla təkmilləşdirə bilər. Elbon Kvyatdan daha güclüdür. Kvyat sürətli və hərtərəfli sürücüdür, ancaq bütün məlumatları təhlil etdikdən sonra Aleksi seçdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , ,
Paylaş

logo