27 İyun 2019, Cümə axşamı - 14:48

Red Bull 2020-ci ildən sonra Formula1-də qalacağına əmin deyil…

Red Bull 2020-ci ildən sonra Formula1-də qalacağına əmin deyil…

Müəllif: Elçin Zodorov, redaktor

17:57 - 10 Fevral, 2019

Red Bull Formula1-də 2020-ci ilin sonuna qədər iştirak etməyi özünə borcludur. Lakin ondan sonra idmanda qalıb-qalmayacaqları isə sual altındadır.

F-1.az xəbər verir ki, konsernin avtoidman üzrə məsləhətçisi Helmut Marko komandanın motor təchizatçısı Honda idmanda qalacaqsa, heç bir yerə getməyəcəklərini bildirib: “Hələ heç bir qərar verilməyib. Heç bir reqlamentimiz yoxdur, Formula1 rəhbərliyi ilə hər hanı bir razılığımız yoxdur, ümumiyyətlə heç nə yoxdur. Maliyyə məsələləri, büdcə məhdudiyyətləri barədə müzakirələr davam edir.

Məsələyə Honda kimi yanaşırıq. Ümid edirik ki, tezliklə hər şey aydınlaşacaq və onlar 2020-ci ildən sonra bu idmanda qalmaq barədə müzakirələr üçün masaya əyləşəcəklər. O halda biz onları qalmaqları üçün lazım olan hər şeylə təmin edəcəyik”.

Red Bull Racing 1.6 litrlik turbo motorlardan daha sadə quruluşlu motorlara keçməyi dəstəkləyən komandalar arasında idi. Lakin sonradan fikirlərini dəyişmişdilər və Marko bunun Honda ilə bağladıqları müqavilə ilə əlaqəli olduğunu təsdiq edib: “Həmişə V6 hibrid motorların əleyhinə olmuşuq, lakin Honda bu güc qurğusu ilə işləməyə davam etmək istəyir. Fikrimizi dəyişdirdik, çünki Honda bizim təchizatçımızdır. 14 ildə ilk dəfə bizə zavod komandası kimi münasibət göstərirlər və bu, tamamilə fərqli vəziyyətdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , , ,
Paylaş

logo