N.Lauda: “Ferstappen niyə aqressivdir – bilmirəm”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda Maks Ferstappeni həm ilk dövrədəki Rosberqlə təmasa görə, həm də yarışın sonundakı aqressivliyinə görə tənqid edib...

F-1.az xatırladır ki, Ferstappen birinci döngədə Rosberq ilə təmas yaşayıb və almaniyalını trasdan çıxarıb. Stüardlar bu hadisəni araşdırsalar da, cəza verməyiblər.

Niki Lauda: “Niko önda idi və Ferstappen onu trasdan çıxardı. Bu, Nikonun çempionluğu itirməsinə səbəb ola bilərdi. Bu – qəbulolunmaz hərəkət idi. Ferstappenin səhvi idi. Çox aqressiv sürür. Artıq bunu başa düşməlidir”.

Lauda əlavə edib ki, Ferstappen yarışın sonunda Fettellə mübarizə apararkən, gec əylənərək trası kəsdiyi üçün xətalıdır: “Cəza doğru qərar idi. Onun kimi həmişə səhv edən sürücülər cəzalandırılmalıdır. Helmut onunla danışmalıdır. Ferstappen bu qədər aqressiv sürməsə, daha çox inkişaf edər. O çox istedadlıdır, amma belə axmaq hərəkətlər edərək, hər şeyi məhv edir. İndi bunu başa düşmür. Elə bilir ki, hər şeyi düz edir. Ancaq elə deyil. Sakitləşməlidir”.

Lauda yarışın sonunda hollandiyalının Fettelə etdiyi əl hərəkətindən də danışıb: “Bu hərəkət qudurğanlıq idi. Niyə belə özündən razıdır – bilmirəm, başa düşmürəm.

Bu hadisə artıq nəzarətdən çıxır. Digər sürücülər get-gedə əsəbləşirlər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*