Brawn GP personalın ixtisarı barədə elan edib

Brawn GP-nin rəhbərlərindən biri Nik Fray bu gün təsdiq edib ki, komanda personalının sayı kəskin azaldılacaq – bu barədə Londonda […]

Brawn GP-nin rəhbərlərindən biri Nik Fray bu gün təsdiq edib ki, komanda personalının sayı kəskin azaldılacaq – bu barədə Londonda dərc olunan The Daily Telegraph qəzeti məlumat yayıb…

Nik Fray: “Hazırda komandanın 700 personalı var, amma biz onların sayını 430-a endirməliyik, yəni 270 nəfər ixtisara düşəcək və biz bunu artıq kollektivlə müzakirə etmişik. Biz 2004-cü ildə təxminən bu səviyyədə idik, o zaman komanda hələ B.A.R. adlanırdı. Təəssüf ki, biz bu addımı atmalıyıq, çünki artıq şəxsi komanda olmuşuq.”

Frayın sözlərinə görə, ixtisar ediləcək işçilər keçən həftə bu barədə xəbərdar ediliblər…