C.Rassell: Bəxtimiz gətirdi

Mercedes komandasının sürücüsü Corc Rassell oynadığı qumarın işləməsindən razıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 12-ci yerdən başlasa da, Hard təkərlərlə start alıb. Beləliklə, trasda uzun müddət qalaraq, təhlükəsizlik maşını gözləyib. Rassellin bu qumarı işə yarayıb və o pitə girib-çıxdıqdan sonra yarışa komanda yoldaşı gerisində qayıdıb. Daha sonra isə qüsursuz bir hücumla yeddiqat Dünya Çempionunu qabaqlayıb.

Corc Rassell: “Bəxtimiz gətirdi. Belə hallar baş verəndə dahi kimi danışarsınız, amma tərs strategiya istifadə etməsəniz, uğur olmaz. Yeddinci yeri onsuz da əldə etmişdik. Buna görə də trasda qalıb təhlükəsizlik maşını gözləyə bilərdik. Bəxt biz tərəfdə idi.

Yarışda sıralanma turuna nisbətən sürətlə olsaq da, cümə günü göstərdiyimiz tempi təkrarlaya bilmədik. Bunun səbəbini tapmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*