B.Ekklstoun ultimatum hazırlayır

Formula1 komandaları və kommersiya hüququnun sahibi arasındakı münasibətləri müəyyən edən Razılıq Müqaviləsinin vaxtı 2007-ci ildə bitib. Müqavilənin mətnində hər iki […]

Formula1 komandaları və kommersiya hüququnun sahibi arasındakı münasibətləri müəyyən edən Razılıq Müqaviləsinin vaxtı 2007-ci ildə bitib. Müqavilənin mətnində hər iki tərəfin öhdəlikləri əks olunmuşdu – komandalar çempionatda və müxtəlif tədbirlərdə uzunmüddətli çıxışlarına təminat verirdilər, əvəzində televiziya yayım hüququndan əldə olunmuş gəlirin 47%-ni alırdılar.

2006-cı ilin may ayında növbəti sənəd imzalanmışdı – Anlaşma memorandumu, bu sənədə əsasən komandalar Formula1-in bütün gəlirlərindən, o cümlədən trasda reklamların yerləşdirilməsindən və trasların ödədikləri üzvlük haqqından 50% almağa başladılar. Məbləğlər iki dəfə artdı, belə br artım Ekklstouna avtoistehsalçıların çempionatı tərk etmələrinin qarşısını almağa imkan verdi, avtoistehsalçılar öz çempionatlarını təşkil etmək arzularının üstündən xətt çəkdilər.

Keçən il komandaların gəlirləri 500 milyon dollardan çox oldu, baxmayaraq ki, Memorandumu bütün komandalar imzalamamışdılar, amma ödənişlər bütün komandalara edilirdi – hazırkı iqtisadi böhran şəraitində belə davam edə bilməzdi.

Avtodrom sahibləri Qran Pri keçirmək üçün orta hesabla 23.7 milyon dollar vəsait ödəyirlər, çoxları üçün bu məbləğ çox böyükdür – Fransa və Kanada trasları çemepionatı tərk etdilər, Almaniyanın isə problemləri baş qaldırdı. Financial Times qəzetinə müsahibəsində Berni Ekklstoun ultimat hazırladığını elane dib – ya komandalar yeni Müqaviləyə imza atmaqla çempionatda iştiraklarına təminat evrməlidirlər, ya da onlara çatası məbləğlər iki dəfə azaldılacaq…

Berni Ekklstoun: “Komandalar böyük məbləğlər qazanmaq istəyirlər, amma bunun üçün ən azı yaxın beş ildə çempionatda iştirak edəcəklərinə təminat verməlidirlər, amma onlar bunu etmək istəmirlər. Mən hesab edirəm ki, yeni Razılıq Müqaviləsini imzalanmayanlar köhnə hesablamalara qayıtmalıdırlar – teleyayımdan gəlirin 47%-i. Əgər bu azdırsa, komandalar digər gəlir mənbələri axtarmalıdırlar, amma bu qayda traslara maliyyə tələbini aşağı salmağa imkan verəcək”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*