B.Ekklstoun: “Qərarı şahzadə qəbul etməlidir”

Berni Ekklstoun Britaniyanın BBC telekanalına müsahibəsində bildirib ki, Bəhreyn Qran Prisinin taleyi barədə qərarı ölkənin şahzadəsi Salman ibn Hamad ibn […]

Berni Ekklstoun Britaniyanın BBC telekanalına müsahibəsində bildirib ki, Bəhreyn Qran Prisinin taleyi barədə qərarı ölkənin şahzadəsi Salman ibn Hamad ibn əl Xəlifə qəbul etməlidir. Bu il Formula1-in ilk mərhələsi martın 11-13-də Bəhreyndə keçirilməlidir, amma yarış ölkəni bürümüş hökumət əleyhinə iğtişaşlar üzündən təxirə salına bilər…

Berni Ekklstoun: “Salman daha yaxşı bilir ki, bizə lazımi təhlükəsizliyi təmin edə biləcəkmi? Mənim orda baş verənlər haqqında təsəvvürüm belə yoxdur, çünki mən orda deyiləm. Amma əgər Bəhreyndə təhlükəli olsa, biz hamıya ora getməkdən imtina etməyi məsləhət görəcəyik. Lakin mən ümid edirəm ki, hər şey qaydasında olacaq. Bəlkə biz bu yarışı təxirə salıb mövsmün sonunda keçirməli olacayıq.”

Ekklstoun Qran Prinin başqa bir ölkədə yarışla əvəz olunmasını istisna edib, çünki yeni yarışın təşkilinə vaxt qalmayıb. Onun sözlərinə görə, Qran Prinin keçirilməsi üzrə son qərar çərşənbə axşamına qədər qəbul olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*