B.Ekklstoun evlənir?

2009-cu ildə Berni Ekklstoun həyat yoldaşı Slavika ilə boşandıqdan sonra, deyilənlərə görə, varidatının yarısından mərhum olmuşdu və o zaman söz […]

2009-cu ildə Berni Ekklstoun həyat yoldaşı Slavika ilə boşandıqdan sonra, deyilənlərə görə, varidatının yarısından mərhum olmuşdu və o zaman söz vermişdi ki, “ömrünün sonuna qədər subay qalacaq.” Amma bu gün Londonun The Daily Mail qəzetinin yazdığına görə, Berni sözünə əməl etməyib və özündən 46 yaş cavan olan braziliyalı Fabiana Floziyə evlənmək təklif edib.

Bu il Berninin 82 yaşı tamam olacaq, amma “yaşın nə fərqi var ki” mahnısını oxuyan britaniyalı mütəxəssis gələcək planlarını qurmaqdan çəkinmir…

Berni Ekklstoun: “Biz rəsmən nişanlanmışıq və bu nişan uzun sürməyəcək. Biz çox xoşbəxtik və toy məsələsi artıq həll olunub, hərçənd, toun vaxtı və yeri hələ təyin olunmayıb.

Hər şey qaydasındadır, biz artıq iki il bir yerdəyik. Fabiananın çox gözəl yumor hissi var – mənimlə yaşayan qadın mütləq belə olmalıdır. Amma deməliyəm ki, ev həyatında mən problemli adam deyiləm – məncə, onun mənimlə bəxti gətirib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*