B.Ekklstoun cavabdan qaçır…

Son iki həftə ərzində Berni Ekklstoun CVC sərmayə fondunun əlində olan Formula1-in kommersiya hüququnun yeni sərmayədarlara satılması xəbərlərini bir neçə […]

Son iki həftə ərzində Berni Ekklstoun CVC sərmayə fondunun əlində olan Formula1-in kommersiya hüququnun yeni sərmayədarlara satılması xəbərlərini bir neçə dəfə təkzib etməli olub. Yeni sərmayədarlar kimi media maqnat Rupert Merdok və dünyanın ən varlı iş adamı Karlos Slimin adları çəkilir. Eyni zamanda Berni konkret cavablardan qaçıb.

Son vaxtlar Merdok əlində olan kütləvi informasiya vasitələrinə pullu abunə sistemini fəal tətbiq edir. Ona görə də şayiələr yayılıb ki, Formula1 də pullu kanallara keçə bilər, hərçənd, çempionatın yayımını reallaşdıran şirkətlər FOM-a ciddi məbləğlər ödəyirlər.

Bu gün işıq üzü görmüş İndependent qəzetinə müsahibəsində Ekklstoun yenə də cavabdan qaçıb. Berni satış barədə şayiələri təkzib etməyib, amma bildirib ki, Avropa İttifaqının hüquqşünasları tamaşaçılar üçün yayımın pulsuz olmasına imtinanın əleyhinə olacaqlar…

Berni Ekklstoun: “Mən əminəm ki, Avropa komissiyası belə bir müqaviləyə icazə verməyəcək, axı bizim razılaşmaya görə Formula1 açıq kanallarla yayımlanmalıdır. Bundan başqa, belə bir yayımı FİA və komandalar da dəstəkləməyəcəklər.

Abu Dabidən olan sərmayədarlar? Mən bildiyimə görə, CVC onların təkliflərinə cavab verməyib, amma mən kommersiya hüququnun bir şirkətdən digərinə keçməsində heç bir problem görmürəm – bu bazar qanunlarıdır.”

Formula1-in səhnəsi arxasında inqilab hazırlanır. Mətbuat bir neçə ildir ki, Ekklstounun varisinin namizədliyini müzakirə edir, amma ən sadə senarini yaddan çıxarıb – biznesin satılmasını…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*