L.Həmilton: “Elə bil ilk dəfə qazanıram”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ilk dəfə qələbə qazanmış kimi hiss edir.

F-1.az xatırladır ki, britaniyalı sürücü virtual təhlükəsizlik maşını rejimində pit-stop edərək, çempionatda 9-cu qələbəsini bayram edib. Beşqat Dünya Çempionu eyni zamanda üçyarışlıq qalibiyyətsizlik seriyasına son verib.

Lyuis Həmilton: “Bu həftəsonu inanılmaz iş gördük və təslim olmadıq. Yeni detallar sınadıq və təkmilləşmək üçün hər şey etdik. Bundan ilham alıram. Ferrari sürücüləri yarış başlayandan sürətli idi və buna görə də qələbə inanılmazdır. Ştutqartdakı rəhbərlərimiz hazırda çox sevinirlər. Elə bil ilk dəfə qələbə qazanıram. Buna görə də yarış xüsusidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*