Formula1-in əsas gündəmi Rusiya və Mazepindir

Rusiya ordusunun Ukraynanı işğal etməsi ilə Rusiya Qran Prisi ləğv olunub. Hazırda isə Mazepinin idmandan uzaqlaşdırılması gündəmdədir

F-1.az bildirir ki, F1-də ən çox müzakirə olunan iki mövzu var.

Birincisi: Rusiya Qran Prisi qədər üzvlük haqqı verəcək yarış, əlbəttə, Qətər Qran Prisi ola bilər – onsuz da uzunmüddətli müqaviləsi var mövsümün sonunda keçirilməsi üçün. Sadəcə bu il Futbol üzrə dünya çempionatına görə təqvimə düşməmişdilər, amma sentyabrda rahatlıqla keçirmək olar.

İkincisi:  Nikita Mazepini əvəz edə biləcək sürücülər siyahısına Niko Hülkenberq başçılıq edir. Əlbəttə, Ferrari öz yetirməsi Antonio Covinazzini sükan arxasına otuzdurmaq istəyir. Haas-ın ehtiyat sürücüsü Pyetro Fittipaldi və Ferrari-nin gənc sürücüsü Kallum Aylottun da adları siyahıdadır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*