14 Oktyabr 2019, Bazar ertəsi - 02:42

B.Ekklstoun Çandhokun potensialına inanır

B.Ekklstoun Çandhokun potensialına inanır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:01 - 08 Mart, 2010

Formula1-in kommersiya başçısı Berni ekklstoun hesab edir ki, artıq yarım ildən sonra çempionatın debütantı Karun Çandhok əsil gücünü göstərəcək – […]

Formula1-in kommersiya başçısı Berni ekklstoun hesab edir ki, artıq yarım ildən sonra çempionatın debütantı Karun Çandhok əsil gücünü göstərəcək – və ümid edir ki, bununla doğma vətənində Formula1-ə olan marağa daha da qaldıracaq.

Karun qarşıdakı mövsümün iştirakçıalrı siyahısına qoşulmuş sonuncu sürücü olub. İspaniyanın HRT komandası ilə müqavilə mövsümün ilk Qran Prisinə bir həftə qalmış imzalanıb. Berninin fikrincə, Çandhokun yarışlarda iştirakı Formula1-ə müsbət təsir edəcək, hətta ilk yarışlarda o yüksək nəticə göstərməsə belə…

Berni Ekklstoun: “Mən çox razıyam ki, yekunda Karun Formula1-in startına çıxa biləcək. Praktiki olaraq bu son anda alındı, amma əsas odur ki, o artıq burdadır və ona öyrənmək imkanı verəcək bir komandada çıxış edəcək. Mən inanıram ki, artıq mövsümün ortalarından o özünün əsil bacarığını göstərəcək. Ona uğurlar arzu edirəm və gözləyirəm ki, hindistanlı jurnalitslər və azarkeşlər qarşıdakı mövsümdə onu dəstəkləyəcəklər.”

Çandhoku bir çoxları Ekksltounun yetirməsi sayır. Birincisi, sürücünün atasının Berni ilə çox sıx işgüzar əlaqələri var, ikincisi, FOM-un prezidenti kimi Berniyə dünyanın əhali sayına görə ikinci ölkəsində öz idmanının populyarlığını qaldırmaq olduqca vacibdir, xüsusən də 2011-ci ilə nəzərdə tutulmuş Hindistan Qran Prisi ərəfəsində.

Berni Ekklstoun: “Hindistan sürətlə inkişaf edir və tezliklə dünya biznesinin, mədəniyyətinin və idmanının ən vacib və ən güclü iştirakçılarından birinə çevriləcək. Bizim FOM olaraq bu ölkə ilə bağlı böyül planlarımız var. Bizim Hindistan komandamız var, 2011-ci ildə Jaypee Group şirkətinin hesabına Hindistan Qran Primiz olacaq və bu arada yerli sürücü çatışmırdı.”

Hindistanın Formula1-də ilk sürücüsü 2005-ci ildə Jordan komandasında çalışmış Narain Kartikeyan olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər
Paylaş

logo