F.Druqoviç: AMR23 irəliyə doğru böyük addımdır

Qolundan zədələnmiş Ləns Strollu Bəhreyndəki testlərdə əvəzləyən Felipe təəssuratlarını bölüşüb.

F-1.az xəbər verir ki, gənc sürücü AMR23-lə bağlı xoş təəssuratlara malikdir.

Felipe Druqoviç: “AMR23 çox yaxşı işləyir. Pilotluq etmək həqiqətən gözəldir – keçən ilki ilə müqayisədə daha yaxşıdır. İndi yırğalanma daha azdır. Digər komandalarla müqayisədə səviyyəmizi görmək üçün sadəcə gözləmək qalır. Testlər zamanı rəqiblərin nə etdiyini anlamaq çətindir. Hər halda, AMR23 irəliyə doğru böyük bir addım kimi görünür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*