Rəsmən: Strollu gənc Druqoviç əvəz edəcək

Aston Martin komandası Bəhreyndəki qış testlərində Ləns Strollun əvəzinə Felipe Druqoviçlə işləyəcək.

F-1.az xatırladır ki, Ləns Stroll İspaniyada velosiped sürərkən yıxılıb və zədələnib. Kanadalı pilotun qolunu gipsə qoyublar, amma onun vəziyyəti barədə hələ də tam məlumat yoxdur. 24 yaşlı pilotun qış testlərində olmayacağı artıq məlumdur.

Belə olan halda isə qış testlərində onu kimin əvəzləyəcəyi müəmmalı idi. Əksəriyyət komandanın test sürücüsü Felipe Druqoviçin sükan arxasına keçəcəyini düşünürdü.

Bu gün isə məlum olub ki, keçən ilin Formula2 üzrə Dünya Çempionu Bəhreyndəki mövsümöncəsi testlərdə Alonsoya yoldaş olacaq. Xəbərə görə braziliyalı sürücü testin ilk günündə səhər trasa çıxacaq. Nahardan sonra isə Alonso kokpitə keçəcək. Digər günlərin proqramı isə hələ məlum deyil.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*