Aston Martin Aramco ilə müqavilə bağlayıb

Səudiyyə Ərəbistanının neft və yanacaq şirkəti olan Aramco bu ildən Aston Martin komandasının sponsoru olacaq.

F-1.az xatırladır ki, tərəflər uzunmüddətli müqavilə bağlayıblar. Müqavilədən belə görüünr ki, Aramco komandanın yeni titul sponsoru olacaq. Beləliklə, komandanın ası Aston Martin Aramco Cognizant Formula 1 Team olacaq. 

Aramco yeni mövsümdən Britaniya təmsilçisini yanacaq və yağ ilə təmin edəcək. Tərəflər yol avtomobillərində də birlikdə işləyəcəklər.

Qeyd edək ki, Ərəb şirkətinin hazırda Formula1-lə də müqaviləsi var və traslarda Aramco loqotiplərini görmək mümkündür.

Lourens Stroll: “Formula1-də qalib gəlmək üçün yarışırıq. Buna görə də bizə hədəflərimizə çatmaqda kömək edəcək və Formula1-də çempionluq qazandıracaq Aramco-nu ortağımız kimi açıqladığımız üçün şadam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*