B.Ekklstoun: “Brawn GP Honda-ya çatacaq məbləği almayacaq”

Razılıq Müqaviləsinə əsasən Formula1-də fəaliyyətini dayandırmış komandaya çatacaq məbləğ şempionat iştirakçıları arasında bölünməlidir. Amma formal olaraq hazırda RAzılıq Müqaviləsinin müddəti […]

Razılıq Müqaviləsinə əsasən Formula1-də fəaliyyətini dayandırmış komandaya çatacaq məbləğ şempionat iştirakçıları arasında bölünməlidir. Amma formal olaraq hazırda RAzılıq Müqaviləsinin müddəti başa çatıb, həm də çempionatın əvvəlində komandalar razı olmuşdular ki, Honda Racing komandasının almalı olduğu məbləğ Brawn GP komandasına ödənilə bilər, indi isə bu qərarın əleyhinə olanlar tapılıb. Formula1-in kommersiya başçısı Berni Ekklstoun da bu məsələyə özünəməxsus yanaşıb.

Britaniyanın İndependent qəzetinə müsahibəsində Ekklstoun bildirib ki, bu məbləği Brawn GP-yə ödəmək fikri yoxdur və komandaların bu barədə yekdil qərarı olmasa, ümumiyyətlə, bu məbləği heç kimə ödəməyəcək. Bu halda 20 milyon funt Ekklstounun başçılıq etdiyi FOM-un hesabında qalacaq.

Brawn GP komandasının uğurlarına baxmayaraq, Ekklstoun hesab edir ki, komanda əvvəlki adını saxlasaydı daha yaxşı olardı: “Mən əvvəldən Brawn adının əleyhinə idim. Mən bunu uğurlu variant hesab etmirəm, bu ad azarkeşlərə heç nə söyləmir. Ona görə Honda kimi qalmaq daha yaxşı olardı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*