B.Ekklstoun: “Bəhreyn Qran Prisi keçiriləcək”

Dünən London kral avtomobil klubunda Bəhreyn Qran Prisinin təşkilatçılarınının Berni Ekklstounla, komanda nümayəndələri və Britaniya mətbuatının nümayəndələri ilə görüşü baş […]

Dünən London kral avtomobil klubunda Bəhreyn Qran Prisinin təşkilatçılarınının Berni Ekklstounla, komanda nümayəndələri və Britaniya mətbuatının nümayəndələri ilə görüşü baş tutub. Görüşdə söhbət ölkədəki vəziyyətdən və qarşıdakı yarışdan gedib, iştirakçılar arasında Ceyms Allen də olub…

Ceyms Allen: “Bəhreynin və komandaların mövqeyi aşkardır – ölkədə davam edən iğtişaşlara və mərhələnin təxirə salınması barədə şayiələrin yayılmasına baxmayaraq, yarış baş tutacaq. Düzdür, jurnalistlərin çoxu hələ də narahatlıq keçirir.

Bəhreyndə hesab edirlər ki, ölkə düzgün yoldadır və Qran Prinin “daha bir pozitiv faktor olması” potensialı yüksəkdir. Berni Ekklstoun da bildirib ki, əgər Formula1 vəziyyətin stabilləşməsinə töhfəsini versə, çox şad olar.

Londonda yarış təşkilatçılarını Qran Prinin icraçı direktoru şeyx Salman ibn İsa əl-Xəlifə təmsil edib, Formula1 isə Berni Ekklstoun, ser Frənk Uilyams, Martin Uitmarş, Kristian Horner, Nik Fray, Pol Hembri ilə təmsil olunub. Görüçdə FİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Norman Hauell də iştirak edib.

Qran Pri üç həftədən sonra keçirilməlidir, Çin Qran Prisindən cəmi bir həftə sonra. Bəhreynin nümayəndələri bildiriblər ki, ölkədə vəziyyət normalaşıb, ona görə də komandalar, mətbuat və azarkeşlər əmin ola bilərlər ki, əlavə təhlükəsizlik tədbirlərinə heç ehtiyac olmayacaq.”

Berni Ekklstoun: “Yarış baş tutacaq, mən əminəm ki, problem də olmayacaq. Mənə şəxsi təhlükəsizlik təminatı gərək deyil, amma mən bilirəm ki, bütün zəruri tədbirlər görülüb.

Əksinə, nümayişçilər Qran Pridən öz maraqları çərçivəsində istifadə edə bilərlər, amma bu axmaqlıq olardı. Biz ölkədə vəziyyətin stabilləşməsinə töhfəmizi verməyə şad olarıq, düşünmürəm ki, biz ciddi kömək edə bilərik, amma bizim ölkəyə gəlişimiz göstərir ki, biz Bəhreynin gələcəyinə inanırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*