Bəhreyndə vəziyyət təhlükəlidir

Yaxın Şərqdə iğtişaşların davam etməsinə baxmayaraq, Berni Ekklstoun bu yaxınlarda bildirib ki, “Bəhreyn Yaxın Şərqdə ən az problemi olan ölkədir”, […]

Yaxın Şərqdə iğtişaşların davam etməsinə baxmayaraq, Berni Ekklstoun bu yaxınlarda bildirib ki, “Bəhreyn Yaxın Şərqdə ən az problemi olan ölkədir”, ona görə də Bəhreyn Qran Prisi 2012-ci il dünya çempionatının təqvimində qalır.

Eyni zamanda, dünən axşam ABŞ-ın dövlət departamenti Manamadakı səfirliyini təhlükəsizlik baxımından başqa yerə köçürülməsi barədə bəyanat yayıb. Bəyanatda Bəhreyn paytaxtının əsas küçəsində yerləşən səfirliyin personalının oturduqları binanı tərk etməkdən qorxduqları bildirilir, çünki küçələrdə daim polislə nümayişçilər arasında toqquşmalar baş verir və polis aktiv olaraq gözyaşardıcı qazlardan və işıqlı-səsli mərmilərdən istifadə edir.

Hələlik bu xəbərin çempionatın təşkilatçılarının və Formula1 komandalarının rəhbərlərinin fikirlərini dəyişməyə təsir edəcəyi məlum deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*