Bəhreyn Qran Prisi: Pirelli – Medium və Soft

Keçən il Bəhreyn yarışı keçirilməmişdi, amma Pirelli-nin bu trasda iş təcrübəsi var – 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvarında […]

Keçən il Bəhreyn yarışı keçirilməmişdi, amma Pirelli-nin bu trasda iş təcrübəsi var – 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvarında bu trasda təkər testləri keçirilmişdi. Qarşıdakı uik-enddə şirkət komandalara Medium və Soft – tərkiblərini verəcək – Melburn və Şanxayda bu il komandalar eyni tərkiblərlə işləyiblər, amma bu dəfə havanın daha isti olması gözlənilir…

Pol Hembri, Pirelli Motorsport: “Bəhreyndə bizi çətin texniki çağırış gözləyir, havanın temperaturunun 30 dərəcədən yuxarı olması təkərlərin iş diapazonunu dəyişəcək. Bəhreyndə keçirdiyimiz testlərdə biz məlumat toplamışdıq, amma o zamandan həm təkərlər, həm də maşınalr dəyişib. Təkərlərin yeyilməsi yenə də strategiyanın hazırlanması üçün əsas faktor olacaq.

Tras daim istifadə olunmur, ona görə də asfaltın axarkteristikası uik-endin gedişində ciddi yaxşılaşacaq, amma qum dənələri hamı üçün problem ola bilər, təkərlər isə dənlə örtülə bilər. Təkərlərdən effektiv istifadə uik-endin həlleidci faktoru olacaq. Sıralanma turunda və yarışda yaxşı nəticə üçün arxa təkərlərin trasla yaxşı ilişməsinə nail olmaq lazım gələcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*