20 Noyabr 2019, Çərşənbə - 08:35

R.Barrikellonun oğlu yarışlarda rəsmi debüt edib

R.Barrikellonun oğlu yarışlarda rəsmi debüt edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:04 - 26 Fevral, 2013

Keçmiş Formula1 sürücüsü Rubens Barrikellonun oğlu keçən həftə Braziliyada keçirilən rəsmi yarışlarda debüt edib: 11 yaşlı Eduardo kartinq üzrə San […]

Keçmiş Formula1 sürücüsü Rubens Barrikellonun oğlu keçən həftə Braziliyada keçirilən rəsmi yarışlarda debüt edib: 11 yaşlı Eduardo kartinq üzrə San Paulu Kubokunda gücünü sınayıb. Mini Max Rotax sinfinin iki yarışında balaca Dudu 7-ci və 10-cu yerləri tutub.

Yarış öncəsi Dudu etiraf edib ki, debütünə çox sevinir, amma bir az həyəcanlıdır. Atası isə ona nəticə barədə düşünməməyi tövsiyyə edib: “Sadəcə yarışlardan həzz almağa çalış.”

Duda atasını məyus etmətib və hər iki yarışda finiş görüb və atasına deyib: “Sən mənə dediyini elədim və mübarizə aparmağa çalışdım.”

Rubens yerli KİV üçün oğlunun debütünü şərh edib: “Əlbəttə, onu real trasda sükan arxasında görmək çox xoş idi – onun müsahibə verməsi, mühəndisi ilə ünsiyyəti maraqlı idi, müsahibə verməsi isə gülməli idi. Oğlumun gözlərinin yanmasını görmək məni çox sevindirdi. O mənim oğlum olduğu üçün ondan yaxşı nəticələr gözləyirlər. Amma mən narahat deyiləm, hər şey zamanla gələcək…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər , ,
Paylaş

logo