17 Dekabr 2018, Bazar ertəsi - 09:04

Bəhreyn-2016: Tras və statistika

Bəhreyn-2016: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:05 - 31 Mart, 2016

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət dövlətdir. Adalardan ən böyüyü Bəhreyn adasıdır, ölkənin paytaxtı Manama bu adada yerləşir.

2002-ci il sentyabrın 14-də Bəhreyn Krallığı Qran Pri keçirilməsi üzrə müqavilə imzalamış və tezliklə ilin bütün günlərində yarış keçirməyə imkan verən trasın tikintisinə başlanmışdı. Avtodromun layihəsini Hermann Tilkenin arxitektor bürosu hazırlamışdı, səhranın ortasında reallaşdırılan layihəyə 150 milyon dollar xərc çəkilmişdi. Avtodromun rəsmi açılışı 2004-cü il martın 17-də baş tutub – iki həftə sonra debüt yarışında Mixael Şumaxer qələbə qazanmışdı.

2010-cu ildə trasın daha uzun kofiqurasiyasından – 6299 metr uzunluğu olan versiyasından istifadə olunmuşdu, bunun üçün dördüncü və beşinci döngələr arasındakı sahəyə 887 metrlik seksiya əlavə olunmuşdu, amma 2012-ci ildə təşkilatçılar yenidən əvvəlki konfiqurasiyaya qayıtdılar.

2011-ci ildə ölkədə baş verən siyasi iğtişaşlar üzündən yarış təxirə salınsa da, 2012-ci ilə yarışın taleyi Qran Priyə cəmi bir həftə qalmış həll olunmuşdu – amma bir çox böyük teleşirkətlər jurnalistlərini təhlükəsizlik baxımından ölkəyə göndərməkdən imtina etmişdilər. Son illərdə ölkədə siyasi vəziyyət stabilləşib.

2014-cü ildə Bəhreyn yarışı ilk dəfə süni işıq altında baş tutub və ondan sonra belə də davam edir. Başqa bir ənənəyə görə, podium qazanan sürücülər uğurlarını şampan şərabı ilə deyil, Waard brendli alkoholsuz qazlı su ilə qeyd edirlər – bu su qızılgül və nar şirələrinin qarışığından ibarətdir.

Bahrain International Circuit

2016 FORMULA 1 GULF AIR BAHRAIN GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
1-3 aprel 2016Bahrain International Circuit5412 m57308.238 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Tras təcil (sürətyığma) dinamikasına, əyləclərin effektivliyinə və onların soyudulmasına tələbkardır. Bəhreyndə maşınlar asfalta yatma qüvvəsinin orta səviyyəsinə sazlanırlar, dövrənin 65%-ni sürücülər qaz pedalını döşəməyə sıxaraq qət edirlər. Pit-stopda zaman itkisi 18-19 saniyədir, pit-stopun tam müddəti isə 22-23 saniyə çəkir. Bu həftəsonu pit-leyndə hərəkət sürətinin məhdudiyyəti 80 km/saatdır.

Trasda iki müstəqil DRS zonası var – sürücülər arxa qanadın hərəkətli elementindən arxa düzlükdə və start-finiş düzlüyündə yararlana bilərlər. Maşınlar arasındakı intervallar isə 9-cu və 14-cü döngələrin girişində yerləşir.

Soyutma sisteminin yüklənməsi Malayziyada olduğu kimi yüksək deyil, amma trasdakı qum dənələrinə görə maşınlara əlavə süzgəclər qoyulur ki, bu da soyutmanı bir qədər çətinləşdirri.

Trasda demək olar ki, sürətli döngə yoxdur, uzun düzlüklərin sonundakı əylənmə nöqtələri ötmələr üçün çox əlverişlidir. Ən uzun start-finiş düzlüyü və çox yavaş orta sektor mühəndisləri sürət və asfalta yatma qüvvəsi arasındakı ənənəvi kompromissi axtarmağa məcbur edir. Maşınların hazırlanması üçün vacib olan sessiya cümə günü ikinci sərbəst yürüşlərdir – çünki sıralanma turu və yarış eyni vaxtda start alırlar.

2015-ci ilin Bəhreyn Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli, quruK.RəykkönenFerrari1:37.827
2-ci sərbəst yürüşlərGünəşli, quruN.RosberqMercedes AMG1:34.647
3-cü sərbəst yürüşlərGünəşli, quruL.HəmiltonMercedes AMG1:34.599
Sıralanma turuGünəşli, quruL.HəmiltonMercedes AMG1:32.571
Yarışda sürətli dövrəGünəşli, quruK.RəykkönenFerrari1:36.311

Bahrain International Circuit

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Bəhreyn Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Bəhreyn Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
1 aprel1-ci sərbəst yürüşlər15:00
1 aprel2-ci sərbəst yürüşlər19:00
2 aprel3-cü sərbəst yürüşlər16:00
2 aprelSıralanma turu19:0019:50
3 aprelYarış19:0019:50

Pirelli

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Bəhreynə SuperSoft, Soft və Medium sliklərini gətirəcək – son iki tərkibdən yarışda mütləq istifadə olunmalıdır. Keçən il komandaların çoxu iki pit-stoplu strategiyaya üstünlük vermişdi, amma qarşıdakı yarışda 3 dəfə pit-stop etmək daha əlverişli görünür – ona görə də komandalar daha çox yumşaq təkərlər sifariş ediblər. Ferrari və Williams sürücüləri 3 dəst Medium tərkibi sifariş ediblər, çox güman ki, bu komandalar Mercedes AMG-dən fərqli strategiya seçəcəklər…

SürücüKomandaMediumSoftSuperSoft
L.HəmiltonMercedes AMG166
N.RosberqMercedes AMG166
S.FettelFerrari346
K.RəykkönenFerrari346
V.BottasWilliams337
F.MassaWilliams337
D.RikkardoRed Bull256
D.KvyatRed Bull256
K.MaqnussenRenault157
C.PalmerRenault157
N.HülkenberqForce İndia256
S.PeresForce İndia256
M.FerstappenToro Rosso175
K.SaynsToro Rosso265
F.AlonsoMcLaren346
C.BattonMcLaren346
M.ErikssonSauber355
F.NasrSauber445
P.VerlyaynManor454
R.HaryantoManor454
R.QrojanHaas247
E.QutyerresHaas157

Bahrain International Circuit

 

STATİSTİKA

Hazırkı pilotların Bəhreyn Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton892142
S.Fettel788232
K.Rəykkönen10847
F.Alonso1165133
N.Rosberq95822
F.Massa1149132
R.Qrojan4362
C.Batton112821
S.Peres4271
D.Rikkardo420
V.Bottas416
N.Hülkenberq510
D.Kvyat22
E.Qutyerres2
M.Ferstappen1
K.Sayns1
K.Maqnussen1
M.Eriksson1
F.Nasr1
C.Palmer1
P.Verlyayn
R.Haryanto

 

Bəhreyn Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
19.04.2015SaxirL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
06.04.2014SaxirN.RosberqMercedes AMGL.HəmiltonMercedes AMG
21.04.2013SaxirN.RosberqMercedes AMGS.FettelRed Bull
22.03.2012SaxirS.FettelRed BullS.FettelRed Bull
14.03.2010SaxirS.FettelRed BullF.AlonsoFerrari
26.04.2009SaxirY.TrulliToyotaC.BattonBrawn GP
06.04.2008SaxirR.KubitsaBMW SauberF.MassaFerrari
15.04.2007SaxirF.MassaFerrariF.MassaFerrari
12.03.2006SaxirM.ŞumaherFerrariF.AlonsoRenault
03.04.2005SaxirF.AlonsoRenaultF.AlonsoRenault
04.04.2004SaxirM.ŞumaxerFerrariM.ŞumaxerFerrari

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 560
Teqlər , , ,
Paylaş

logo