Bautista Ducati ilə testə çıxıb

2022-ci ilin WSBK üzrə Dünya Çempionu Alvaro Bautista Ducati ilə Mizano trasında ikigünlük test edib.

F-1.az bildirir ki, Alvaro 2022-ci ildə Super Bayk üzrə Dünya Çempionu olduğu üçün Ducati şirkəti ispaniyalı sürücüyə bu testi hədiyyə edib. Bautista isə 2018-ci ildən sonra ilk dəfə MotoGP motosikleti sürüb.

Testlərin ilk günü ayın 20-si olub. Bautista nahara qədər işləyib və 50 dövrə vurub. Günün ikinci yarısında sükana Mikel Pirro keçib. İkinci gün isə tamamilə Alvaroya aid olub. O, bütün gün ərzində MotoGP tarixinin bəlkə də ən yaxşı motosikleti olan Desmosedici-ni sürüb. O, fərqli təkərlərdən və fərqli sazlanmalardan istifadə edib. Çempion ikinci gün 49 dövrə vurub və ən yaxşı nəticəsi 1.32.590 olub. Bu nəticə Soft təkərlərlə göstərilib.

Keçən il Mizanoda poulu Ducati-dən Cek Miller 1.31.899 zaman nəticəsi ilə qazanmışdı. Yəni ki, Bautista poul dərəcəsindən 0.7 saniyə geridə idi. O, bu nəticə ilə 10-cu yeri tutardı. Günyarımlıq öyrəşmə müddətindən sonra bu nəticə heç də pis deyil. Bəzi dedi-qodulara görə Ducati bu il Bautistanı yarışdırmaq istəyir. Bu nəticələrdən sonra ehtimallar artıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*