Barselonada təhlükəsizlik zonalarını yeniləyiblər

Barselonada keçənilki yarışdan sonra avtodromun təhlükəsizlik zonalarının konfiqurasiyasına düzəlişlər edilib. Beləki, üçüncü döngənin çınqıllı zonası asfaltla örtülüb, yəni trasdan çıxan […]

Barselonada keçənilki yarışdan sonra avtodromun təhlükəsizlik zonalarının konfiqurasiyasına düzəlişlər edilib. Beləki, üçüncü döngənin çınqıllı zonası asfaltla örtülüb, yəni trasdan çıxan zaman sürəti azaltmaq və trasa qayıtmaq imkanı olacaq, 5-ci, 11-ci və 15-ci döngələrdə drenaj sistemi modernləşdirilib, keçən il Heykki Kovalaynenin cidd qəzaya uğradığı doqquzuncu döngə də yenilənib.

Təkər problemi üzündən finlandiyalı sürücü yarışın 21-ci dövrəsində trasdan çıxmışdı. Çınqıllı zonanın üzərindən hoppanan maşın təkərlərdən qurulmuş qoruyucu divarın dərinliyinə batmışdı. Sürücüyə xətər toxunmamışdı, amma FİA baryerin yenilənməsini tələb etmişdi ki, bir daha belə hallar təkrar olunmasın.

Uik-end ərəfəsində federasiyanın nümayəndələri yeni konfiqurasiyanı bəyəniblər. İndi çınqıllı sahə yuxarıya dırmaşır – onun hündürlüyü təkərlərin yanında trasın kənarında olduğundan metr yarım yixarıdır, yəni trasdan çıxan maşın sanki dağa dırmaşacaq, bu isə sürəti azaltmalıdır. Təkərlərdən olan baryer isə əlavə konveyer lenti ilə bərkidilib, təhlükəsizlik zonası doqquz metr uzadılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*