Bakıda ilk 5 yarış: Statistika

Bakı Şəhər Halqası unikal olduğu qədər, buradakı yarışlarda baş verənlər də unikallığı ilə seçilir. Bu tras ilin ən maraqlı yarışına da şahidlik edib, son metrlərdə olan ötməyə də. İlk 5 yarışda meydana çıxan bəzi statistikalara nəzər salaq.

QƏLƏBƏ

Bildiyiniz kimi, Bakı Şəhər Halqasında indiyə qədər heç bir sürücü 2 dəfə qalib gələ bilməyib. Yarışlarda nəsə baş verib və buna imkan olmayıb. Məsələn, 2019-cu ilin qalibi Bottas ondan cəmi 1 il əvvəl təkəri partladığı üçün qələbədən məhrum olmuşdu. Həmin il zəfər qazanan Həmiltonun da ondan 1 il əvvəl başına qəribə hadisələr gəlmiş və qalib olmamışdı. İndiyə qədər burada 3 dəfə Mercedes, 2 dəfə isə Red Bull sürücüləri finiş xəttini hamıdan tez keçib.

İl Sürücü Komanda
2016 Niko Rosberq Mercedes
2017 Daniel Rikkardo Red Bull
2018 Lyuis Həmilton Mercedes
2019 Valtteri Bottas Mercedes
2021 Serxio Peres Red Bull

 

Nəzərə alsaq ki, bu il qələbə uğrunda mübarizə aparan Red Bull və Ferrari-nin 4 sürücüsündən üçü burada daha əvvəl qalib gəlməyib, sözügedən statistikanın davametmə ehtimalı yüksəkdir. Təbii ki, son yarışlarda özünü yaxşı göstərən, Bakıda hər zaman əla çıxış edən, ümumiyyətlə şəhər traslarını çox sevən Peres imkan verərsə…

 

POUL

Tək qələbələrdə yox, poul məsələsində də vəziyyət eynidir – heç bir sürücü burada 2 dəfə poulun sahibi ola bilməyib. Cəmi 2 dəfə – 2016-cı ildə Rosberq və 2019-cu ildə Bottas poulu qələbəyə çevirə bilib. Qalan üç halda isə, Rikkardo 10-cu, Həmilton 2-ci, Peres isə 6-cı sıradan başladığı yarışda qalib olub – ən geridən başlayaraq yarış qazanan sürücü Rikkardodur.

İl Sürücü Komanda Poul dövrəsi
2016 Niko Rosberq Mercedes 1:42.758
2017 Lyuis Həmilton Mercedes 1:40.593
2018 Sebastyan Fettel Ferrari 1:41.498
2019 Valtteri Bottas Mercedes 1:40.495
2021 Şarl Lekler Ferrari 1:41.218

 

 

SÜRƏTLİ DÖVRƏLƏR

Yəqin heç bir sürücünün iki yarışda ən sürətli dövrənin sahibi ola bilməməsinə də təəccüblənməyəcəksiz. Bakıdakı yarışlarda sürətli dövrənin sahibi yalnız bir dəfə podiuma çıxa bilib ki, bunu da 2016-cı ildə həm də poul və qələbə qazanmış Rosberq edib…

İl Sürücü Komanda Sürətli dövrə
2016 Niko Rosberq Mercedes 1:46.485
2017 Sebastyan Fettel Ferrari 1:43.441
2018 Valtteri Bottas Mercedes 1:45.149
2019 Şarl Lekler Ferrari 1:43.009
2021 Maks Fersttappen Red Bull 1:44.481

 

 

PODİUM

Bakıdakı 5 yarışda ümumilikdə 9 nəfər podiuma çıxa bilib. Onlardan yeddisi bu il də yarışacaq və bu statisikada irəliləmək şansını əldə edəcəklər.

Yer Sürücü Podium
1 Serxio Peres 3
2 Sebastyan Fettel 3
3 Lyuis Həmilton 2
4 Valtteri Bottas 2
5 Niko Rosberq 1
6 Daniel Rikkardo 1
7 Kimi Rəykkönen 1
8 Ləns Stroll 1
9 Pyer Qasli 1

 

 

BAKIDA KİM NEÇƏ XAL QAZANIB?

Bakıda 5 yarışda 22 müxtəlif sürücü xal qazana bilib ki, onlardan 16-sının bu il də xal hesabını artırmaq imkanı olacaq. Liderlik isə bütün yarışları ilk dördlükdə başa vuran Fetteldədir. Alman sürücü Bakıda qələbə qazanmasa da, çox sabit çıxışı ilə seçilib.

Yer Sürücü Xal
1 Sebastyan Fettel 75
2 Lyuis Həmilton 63
3 Serxio Peres 63
4 Valtteri Bottas 51
5 Daniel Rikkardo 33
6 Kimi Rəykkönen 32
7 Şarl Lekler 31
8 Niko Rosberq 25
9 Karlos Sayns 24
10 Ləns Stroll 21
11 Maks Ferstappen 16
12 Fernando Alonso 16
13 Pyer Qasli 15
14 Lando Norris 14
15 Esteban Okon 8
16 Kevin Maqnussen 6
17 Yuki Tsunoda 6
18 Niko Hülkenberq 2
19 Stoffel Vandorn 2
20 Felipe Massa 1
21 Paskal Verlyayn 1
22 Brendon Hartley 1

 

Sürücülərin çıxışları rəqəmlərlə yuxarıda əks olunub. Söz yox ki, builki yarışdan sonra da ciddi dəyişikliklər olacaq. Ən maraqlı suallardan biri də budur ki, yeni maşınlar trasın rekordlarını qıra biləcəklər? Bakı şəhər halqasının mütlər rekordu Valtteri Bottasa aiddir – 1:40.495. Yarışda isə ən sürətli dövrəni Şarl Lekler vurub – 1:43.009. Hər iki nəticə də 2019-cu ildə qeydə alınıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*