Autosport-un versiyasına görə ən yaxşı sürücülər onluğu

Mövsüm başa çatıb, yeni dünya çempionunun adı artıq məlumdur, amma bir çox idman nəşrləri öz reytinqlərini dərc edirlər – jurnalistlər […]

Mövsüm başa çatıb, yeni dünya çempionunun adı artıq məlumdur, amma bir çox idman nəşrləri öz reytinqlərini dərc edirlər – jurnalistlər sürücülərin əlində olan texnikaya uyğun çıxışlarını qiymətləndirirlər…

Britaniyanın məşhur Autosport istisna olmayıb və mövsümün sonunda sürücülərin reytinqini tərtib edib. Reytinqdə ilk sətri dünya çempionu Sebastyan Fettel deyil, heç də sürətli olmayan maşında çıxış edən Lyuis Həmilton tutub. McLaren mühəndisləri bu il maşının inkişafı tempində rəqiblərinə uduzdular, amma Autosport-un jurnalistləri hesab edirlər ki, Lyuis mövsümdə hamıdan güclü olub.

Autosport-un versiyasına görə ən yaxşı sürücülər onluğu (mötərizədə sürücünün çempionatda tutduğu yer):

1. Lyuis Həmilton – McLaren (4)
2. Robert Kubitsa – Renault (8)
3. Fernando Alonso – Ferrari (2)
4. Sebastyan Fettel – Red Bull (1)
5. Mark Uebber – Red Bull (3)
6. Censon Batton – McLaren (5)
7. Niko Rosberq – Mercedes GP (7)
8. Rubens Barrikello – Williams (10)
9. Timo Qlok – Virgin (25)
10. Kamui Kobayaşi – Sauber (12).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*