AUDİ büdcə limitini vacib hesab edir

F-1.az xəbər verir ki, Audi-nin icraçı direktoru Sebastyan Qrems etiraf edib ki, konsernin Formula1-ə daxil olmaq qərarında büdcə məhdudiyyətləri mühüm rol oynayıb.

Sebastyan Qrems: “Yol avtomobilləri bazarında müştərilərlə münasibətimiz bizim üçün çox vacibdir, buna görə də yarış proqramı, xüsusən də Formula1-dəki kimi ciddi yarış proqramı avtomobillərin inkişafı üçün vəsaitlərə, fondlara təsir etməməlidir. Formula1-ə gəlmək qərarımız yeni texniki reqlamentlər və aydın büdcə limiti təsdiqləndikdən sonra verilib, hansı ki, siz və rəqibləriniz bu limit çərçivəsində işləməlisiniz. Bu bizim üçün vacib idi. Biz Formula1-ə sonsuz pul xərcləmək istəməzdik. F1 bizim üçün, Audi brendinin qlobal səviyyədə daha da tanınmasına kömək edəcək bir yarış seriyasıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*