McLaren Tooned multserialı ekranlara qayıdır (video)

Keçən il McLaren Group şirkətlər qrupu Framestore animasiya studiyası ilə birlikdə McLaren Animation bölməsini təsis etmişdilər. Əməkdaşlığın nəticəsində Tooned cizgi […]

Keçən il McLaren Group şirkətlər qrupu Framestore animasiya studiyası ilə birlikdə McLaren Animation bölməsini təsis etmişdilər. Əməkdaşlığın nəticəsində Tooned cizgi filminin 12 seriyası çəkilmişdi – filmlər adətən Qran Prinin startına bir neçə dəqiqə qalmış Britaniyanın SkySports telekanalının efirində nümayiş olunurdu.

Bu il serialın çəkilişləri davam edəcək. Böyük Britaniya Qran Prisi ərəfəsində ikinci mövsümün ilk seriyası işıq üzü görəcək. Mövsüm ərzində yenə də 12 üçdəqiqəlik epizodların çəkilməsi nəzərdə tutulub.

Yeni seriyalarda artıq tanınmış personajlarla yanaşı (Censon və Professor M) tamaşaçılar yeni qəhrəman da görəcəklər – Serxio, McLaren sürücüləri yenə də öz obrazlarını səsləndirəcəklər, məğlubedilməz maşın düzəltməyə çalışan professor M isə ölkənin məşhur komediya artisti Aleksander Armstronqun səsi ilə danışacaq…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*