Argentina Qran Prisinin taleyi mayda həll oluna bilər

Biz artıq Argentinanın Formula1 yarışını ölkəyə qaytarmaqda maraqlı olmasını yazmışdıq. İtaliyanın Autosprint jurnalının bildirdiyinə görə, may ayında ölkədə yarışın keçirilməsi […]

Biz artıq Argentinanın Formula1 yarışını ölkəyə qaytarmaqda maraqlı olmasını yazmışdıq. İtaliyanın Autosprint jurnalının bildirdiyinə görə, may ayında ölkədə yarışın keçirilməsi üzrə üçillik müqavilə imzalanacaq. Yarışı Mar del Plata dənizkənarı şəhərinin küçələrində keçirmək planlaşdırılır, trasın konfiqurasiyasını German Tilkenin arxitektro bürosu hazırlayır.

Karlos Enrike Mayer, ölkənin turizm naziri: “Ölkənin hökuməti Argentina Qran Prisinin təşkilinə razılıq verib, yarış ölkənin dünya səviyyəsində populyarlığını artırmalıdır. Müqavilə may ayında imzalanmalıdır.”

Çox güman ki, FİA gələn ilin təqvimini genişləndirməyəcək, təvimdə boş yer İspaniyadakı iki yarışın növbələşməsi nəticəsində peyda ola bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*