Böhran yayın sonuna kimi uzana bilər

Komandaların başçıları ilə dünənki görüşündən sonra FİA prezidenti Maks Mosli etiraf edib ki, böhran vəziyyət çətin ki mayın 29-na kimi […]

Komandaların başçıları ilə dünənki görüşündən sonra FİA prezidenti Maks Mosli etiraf edib ki, böhran vəziyyət çətin ki mayın 29-na kimi həll olunsun, məhz həmin gün gələn ilin mövsümündə iştirak etmək üçün ərizələrin verilməsinin son günüdür. Komandalar federasiyanın təklif etdiyi büdcənin 40 milyon funt sterlinq səviyyəsində məhdudlaşdırılmasına hazır deyillər və öz təkliflərini hazırlamaq niyyətindədirlər, onlar ümid edirlər ki, bu təkliflər həm FİA üçün, həm də onun barışmaz prezidenti üçün qənaətbəxş olacaq…

Maks Mosli: “Bu yayın sonuna kimi uzana bilər. Sonda onlar nəsə etməli olacaqlar, çünki yayın sonunda onlar dəqiq bilməlidirlər ki, gələn ilə necə maşın hazırlasınlar. Əgər biz gələn il üçün kifayət sayda iştirakçı toplaya bilməsək, biz bunu istisna etmirik, onda hazırkı komandalar ərizələrini sonra da verə bilərlər (mayın 29-dan sonra). Amma ehtimal var ki, bizim heç yeni komandalar üçün də yerimiz çatmasın. Belə hal yaranandan sonra biz onun həlli ilə məşğul olacayıq.”

Moslinin fikrincə, əgər belə bir hal baş verərsə, onda “ənənəvi” komandalar vaxtında ərizə vermiş balaca komandaları ala bilərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*