Sinqapur da start qızlarından imtina etməyi düşünmür

Sinqapur Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, gələn bazar günü start düzlüyünə yarışın titul sponsoru Singapore Airlines aviaşirkətinin uniformasını geyinmiş start qızları çıxacaqlar.

F-1.az xatırladır ki, mövsümün əvvəlində çempionatın yeni sahibi Liberty Media şirkəti dünya çempionatının qeyri-rəsmi simvoluna çevrilmiş start qızlarınından imtina etməyi qərara almışdı.

Qərar idman ictimaiyyəti arasında birmənalı qarşılanmamışdı və Sinqapur yarışının təşkilatçıları hesab edirlər ki, şəhər-dövlət öz mədəniyyəti ilə digərlərindən fərqlənir, Singapore Girl isə, ümumiyyətlə, ayrıca yerli brenddir və milli dəyərləri tərənnüm edir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*