K.Klin Superfund-la danışıqları təkzib edib

Formula1-də Aleks Vürsün başçılığı altında Avstriyanın Superfund komandasının debüt edə biləcəyi elan olunduqdan sonra şayiələr peyda olub ki, bu komandaya […]

Formula1-də Aleks Vürsün başçılığı altında Avstriyanın Superfund komandasının debüt edə biləcəyi elan olunduqdan sonra şayiələr peyda olub ki, bu komandaya Kristian Klinin dəvət olunması məntiqi addım olacaq. Avstriyalı sürücünün milli komandada çıxışı yerli sponsorların cəlb olunmasına təkan verə bilərdi, amma İstanbulda Kristian bu məlumatları təkzib edib…

Kristian Klin: “Superfund komandasına avstriyalı sürücünün dəvət olunması məntiqidir, amma hazırda mənim BMW Sauber-də test pilot müqaviləm var, mən özümü bu komandanın bir hissəsi hesab edirəm və nə vaxtsa əsas maşının sükanı arxasında oturmaı arzu edirəm. Yeni komanda haqqında məlumatlar isə şayiələrdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*