Argentina 2013-cü ildə təqvimə qayıdacaq

Argentinanın prezidenti Kristina Elizabet Fernandes de Kirşner Formula1-ə biganə deyil. 2010-cu ildə Kristina xanım şəxsən USF1 komandası ilə milli sürücü […]

Argentinanın prezidenti Kristina Elizabet Fernandes de Kirşner Formula1-ə biganə deyil. 2010-cu ildə Kristina xanım şəxsən USF1 komandası ilə milli sürücü Xose Mariya Lopesin müqavilən bağlaması mərasiminə qatılmışdı, bu gün isə bildirib ki, milli mərhələ təqimə qayıdacaq.

Fernandes qeyd edib ki, kurort şəhərciyi Mar del Plata yaxınlığında yarışın 2013-cü ildən keçirilməsi üzrə üçillik müqavilənin bağlanması prosesi başa çatmaq üzrədir.

Kristina Fernandes: “Biz Mar del Platada yarışın keçirilməsi üzrə üçillik müqavilə imzalayırıq. Bizim üçün bu çox vacibdir – argentinalıların futboldan sonra sevdikləri ikinci idman növüdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*