Amerikalılar K.Rəykköneni ehtiyatlı olmağa çağırıblar

Amerikanın mötəbər Sporting News qəzeti Kimi Rıykkönenin NASCAR-da debüt etmək xəbərini nəzərdən kənarda qoymayıb – Kimi bu debütdən ötrü hətta […]

Amerikanın mötəbər Sporting News qəzeti Kimi Rıykkönenin NASCAR-da debüt etmək xəbərini nəzərdən kənarda qoymayıb – Kimi bu debütdən ötrü hətta özünün İCE1 Racing komandasını təşkil edəcək. Şərhlərin mənası ondadır ki, finlandiyalı sürücü həqiqətən ABŞ-ın ən məşhur kuzov çempionatında çıxış etməyə hazırlaşır, amma bundan ötrü yaxşı işgüzar tərəfdaş seçməyib…

İlkin xəbərlərə görə, Kimi komandasını Foster Cilletlə birlikdə təşkile dəcək – jurnalist Rid Spenser amerikalı iş adamının nüfuzunu sual altına qoyub. Keçən il Cillet Richard Petty Motorsports komandasının işləri ilə məşğul idi, amma komanda az qala müflis olacaqdı. Fosterin və atası Corc Cilletin kreditorlar qarşısında, eləcə də komandanın keçmiş əməkdaşları qarşısında böyük borcları var.

Fosterlə daha bir maraqlı epizod bağlıdır: 2009-cu ilin payızında o Karl Edvardsın kvadrosiklini oğurlamağa cəhd edib. Amma bu daha ciddi məsələlərin yanında heç nədir: Cilletlər ailəsi İngiltərənin Liverpul komandasını ələ keçirdikdən sonra britaniyalı azarkeşlərin komandadan zəhləsi getdi. Cilletləri Kanadada da sevmirlər – Monreal hokkey komandası vaxtılə ailənin olub.

Bəzi xəbərlərə görə, Rəykkönenlə birgə layihəsində Foster yalnız sərmayədar qismində çıxış edəcək, amma məlumdur ki, bu adamın pulu yoxdur. Sporting News-un bildirdiyinə görə, Cilletlərin keçmiş işgüzar tərəfdaşları məhkəmə iddiası qaldırıblar və ailədən on milyonlarla oğularnmış vəsaitlərini tələb edirlər.

Bir sözlə, ailənin özünəməxsus nüfuzu var…

Sporting News etiraf edir ki, NASCAR Kimini məmnuniyyətlə qəbul edəcək, həm də finlandiyalı sürücünün aşağı liqadan debütlə başalması təqdirəlayiqdir. Amma Formula1 çempionu bu layihəni reallaşdırmaq üçün potensial tərəfdaşını seçmək üçün yaxşı fikirləşməlidir, çünki Fosterin şirkətlərindən hər hansı birinin auditi biznesmenin müflisləşməsinə səbəb olacaq.

Hələlik məlum deyil ki, Kiminin özü bu məsələyə necə reaksiya verib, amma məqalədə qaldırılmış mövzu Finlandiyanın səhər çap olunmuş KİV-ində əsas yeri tutub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*