Stefan GP debütə hazırlığını davam etdirir

Formula1 çempionatının iştirakçılarının vəziyyəti son həftələr detektiv əsərləri xatırladır. Demək olar ki, hər gün US F1, Campos və Stefan GP […]

Formula1 çempionatının iştirakçılarının vəziyyəti son həftələr detektiv əsərləri xatırladır. Demək olar ki, hər gün US F1, Campos və Stefan GP komandaları barədə yeni bir xəbər məlum olur, çempionatın startına bir ay qalsa da hələ heç nə məlum deyil…

Bu yaxınlarda FİA-nın prezidenti Jan Todt demişdi ki, hətta komandalardan hər hansı birininin starta çıxmaması avtomatik olaraq digərinin çempionat iştirakçısına çevrilməsi demək deyil. Aydın məsələdir ki, fransalı mütəxəssis serbiyalı layihəni nəzərdə tuturdu – ardınca Zoran Stefanoviç bəyan etdi ki, onun komandası 2011-ci ilə istiqamət götürüb, amma tam aydındır ki, serblər artıq bu il debüt etmək istəyirlər.

Məgz buna görə də artıq Bəhreynə avadanlıqlarla dolu olan 15 tonluq konteyner yola salmış komanda, daha bir konteyneri Malayziyaya yola salmağa hazırlaşır – aprelin 4-də Kuala-Lumpur mövsümün üçüncü Qran Prisini qəbul edəcək.

Autosport saytına müsahibəsində Stefanoviç atılmış addımı belə izah edib: “Bu qərar biznes maraqlarından doğub. Biz heç vaxt deməmişik ki, bizə xüsusi status lazımdır və ya bizi avtomatik iştirakçılar siyahısına daxil etmək lazımdır. Biz həmişə demişik ki, biz bunun üzərində işləyirik və bunu etmək iqtidarındayıq.

Əgər bizim etdiklərimiz idman tələblərinə cavab verməsə – heç bir problem yoxdur. Amma onda sual meydana çıxır: bəz nə üçün biz kifayət qədər yaxşı deyilik? Onda idmanın problemləri üzə çıxacaq. Mənə elə gəlir ki, əsas problemlər komandalarla bağlıdır.

Əgər kimsə starta çıxa bilmirsə, azad olmuş yeri bunu bacaran komanda tutmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*