C.Fizikella: “Mən qalib gələ bilərdim”

Dünən poul qazanmaqla hamını təəccübləndirən Cankarlo Fizikella yarışda bir mövqe uduzaraq Force İndia komandasının tarixində ilk podiumu qazanıb. Finişdən sonra […]

Dünən poul qazanmaqla hamını təəccübləndirən Cankarlo Fizikella yarışda bir mövqe uduzaraq Force İndia komandasının tarixində ilk podiumu qazanıb. Finişdən sonra mətbuat konfransında 36 yaşlı italiyalı sürücü bildirib ki, o yarışda qalib gələ bilərdi…

Cankarlo Fizikella: “İkinci yer komanda üçün əla nəticədir. Bu gün xal qazanamq çox vacib idi və ikinci yerə görə səkkiz xal həqiqətən əladır, amma bilirisiniz, mən yarışda Kimidən sürətli idim.

Startda o KERS-in sayəsində məni qabaqlaya bildi – heyif ki, bu belə alındı, axı mən onun arxasında aonun tempinə uyğun gedirdim. Biz eyni strategiyanı seçmişdik və finişdə mən ona ona cəmi bir saniyə uduzdum. Liderdən bir saniyə geridə – əla nəticədir, amma bu gün biz doğrudan da qalib gələ bilərdik.

Ferrari-yə keçid barədə şayiələr? Bu sadəcə şayiələrdir, dünən mən artıq demişdim ki, bütün diqqətimi qarşıdakı yarışlara yönəltmişəm, indi bütün fikrim Monsada və Force İndia-dadır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*