Williams hələ də yeni maşının burun hissəsinin dizaynı üzərində işləyir

Komanda yeni dizaynın nə vaxt tətbiq ediləcəyinə hələ də qərar verməyib...

F-1.az xatırladır ki, Williams 2015-ci ildəki ilə eyni dizaynlı burun hissəyə sahib bolidini təqdim etmiş və Barselonadakı testlərdə də bu dizaynla iştirak etmişdi.

Bəzi fərqli detalların olacağı yeni dizaynın ilk yarışa qədər hazırlanacağı gözlənilir. Komandanın texniki direktoru Pət Simonds MotorSport.com-a bu barədə danışıb: “Yeni burun dizaynının bolidə nə zaman qoyulacağını dəqiq bilmirəm, amma indiki dizaynla davam etməyəcəyik”.

Simonds həm də mövsümöncəsi təqvimin sıx olmasının komandaların planlarına təsir etdiyini də bildirib: “Deyəsən, bu il fərqli şeylər görəcəyik. Təkcə test günlərimizin sayı 8-ə düşmədi, həm də ilk yarışın vaxtını önə çəkdilər. Bu qərar veriləndə biz artıq yeni mövsüm üçün olan layihələrimizə başlamışdıq…

Formula1 bolidini hazırlamaq üçün xeyli vaxt lazımdır. Buna adətən əvvəlki mövsümün ortalarından başlayırıq. Amma buna baxmayaraq, hətta bir həftəlik vaxt dəyişikliyi də planlara təsir edir.

Əvvəlki illərdə test günlərinin sayı 12 idi. İndi az olduğundan, mənə elə gəlir ki, biz hətta Melbrunda da yeni detalların sınaqdan keçirildiyini görəcəyik”.

 

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*