20 Avqust 2019, Çərşənbə axşamı - 03:06

Digər sürücülər Rosberqin qərarı barədə nə deyirlər?

Digər sürücülər Rosberqin qərarı barədə nə deyirlər?

Müəllif: Elçin Zodorov, redaktor

10:10 - 04 Dekabr, 2016

Niko Rosberq çempionluğunu rəsmiləşdirməsindən bir həftə keçməmiş, karyerasını bitirdiyini açıqlamışdı və bu qərarına gələn reaksiyalar heç də birmənalı olmamışdı.

F-1.az xəbər verir ki, sürücülərin bəziləri də Nikonun qərarına münasibət bildiriblər.

Serxio Peres: “Birmənalı olaraq, Niko böyük çempiondur! Ona heyranam və hörmət edirəm!”

Kevin Maqnussen: “Qərarına hörmət edirəm. Uğurlar, Niko”.

Roman Qrojan: “Qərarına hörmətlə yanaşıram, dostum”.

Karlos Sayns: “Niko bizi çox təəccübləndirdi! Böyük çempiondur və ailəsi ilə daha çox vaxt keçirmək hüququ qazandı. Uğurlar, bundan zövq al”.

Daniel Rikkardo: “Hey, Niko, sən yarışları zirvədə tərk edirsən. Şadam ki, sənin çempionluğu qeyd etdiyin gecə əyləncəyə mənim də köməyim dəydi (ayaqqabısından şərab içdirməyi nəzərdə tutub)”.

Felipe Massa: “Gözəl karyeran üçün səni təbrik edirəm, qardaşım. Uğurlar!”

Paskal Verlyayn: “Sənə gələcəkdə uğurlar arzu edirəm. Etdiyin köməklərə və verdiyin məsləhətlərə görə çox sağ ol”.

Nikonun qərarı barədə bəzi sabiq Formula1 pilotları da fikirlərini bildiriblər.

Vitali Petrov: “Gözəl mübarizələr apardı və yaxşı döyüşçüdür, Nikonun karyerası hörmətə layiqdir. Şübhəsiz ki, dünya çempionu olduqdan sonra karyerasını bitirmək çox cəsarətli qərardır. Nikoya bizi növbəti nailiyyətləri ilə sevindirməyi diləyirəm”.

Xuan Pablo Montoya: “Rosberqin karyerasını bitirməsi inanılmazdır. Həqiqətən də, cəsarətli qərardır!”

Kamui Kobayaşi: “Mən xəbəri eşitdikdə təəccübləndim. Amma Niko çox əla məqamda bu qərarı verdi. Yenicə dünya çempionu olub və mən bilirəm ki, bunu əldə etmək çox çətindir. Mənim fikrimcə, Niko bu qərarı mövsümün sonuna az qalmış verib. Hər il yüksək səviyyədə çıxış etmək çox çətindir, mən onu başa düşürəm. Lakin Niko titulu qazandı – bu, əladır!”

Nikonun Formula1-dəki ilk komandası olan Williams-dan da onun qərarına münasibət bildirməyi unutmayıblar: “Sağ ol Niko. Bizə xoş xatirələr qoymusan və Formula1 sənsiz darıxacaq. Dincəl!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 992
Teqlər ,
Paylaş

logo