19 İyul 2019, Cümə - 06:01

Alqarve, 19 yanvar

Alqarve, 19 yanvar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:21 - 24 Yanvar, 2009

2008-cil mövsümü başa çatdıqdan sonra komandalar testlərdə keçənilki maşınların keçid versiyaları ilə işləyirdilər, yalnız BMW Sauber və Williams komandaları yeni […]

2008-cil mövsümü başa çatdıqdan sonra komandalar testlərdə keçənilki maşınların keçid versiyaları ilə işləyirdilər, yalnız BMW Sauber və Williams komandaları yeni maşının bəzi aerodinamik elementlərini göstərmişdilər, lakin yeni ilin ilk testinə birdə-birə dörd komanda yeni maşınla gəlib. Beləliklə, bu gündən 2009-cu ilin mövsümü start götürüb!

McLaren, Toyota, Renault və Williams yeni maşınların testlərinə başlayıblar, qeyd edək ki, son iki komanda maşınlarını elə burda – trasda nümayi. etdiriblər. Yalnız Ferrari hava proqnozunu əsas gətirərək ümumi testlərdə iştirakdan imtina edib – komanda tetsləri ev trası olan Mücelloya keçirib.

Hava proqnozu isə özünü doğruldub – komandalar yağış üzündən ilk günü proqramında dəyişikliklər ediblər, axşama yaxın isə trasa leysan yağıb və işlər tamamilə dayandırılıb.

İlk testlərin ilk günün protokollarına Sebastyen Buemi başçılıq edib – Toro Rosso keçənilki maşının üzərində işlərini davam etdirir, ona görə də nəticə gözlənilməz deyil, çünki komandanın yeni sürücüsü McLaren-in test pilotu Pedro de la Rosanı dörd saniyədən çox qabaqlayıb. Pedro yeni maşınlar arasında birinci olub. Yağış üzündən komandalar sliklərlə işləyə bilməyiblər, yalnız elektronikanı, digər sistemləri, KERS sistemini və ön antiqanadın hərəkətli elementini yoxlayıblar.

Üçüncü sətri Williams-ın test pilotu Niko Hülkenberq tutub, bu gün səhər debüt etmiş daha bir maşın Renault R29-un sürücüsü Nelsinyo Pike dördüncü olub. Toyota-nın test pilotu Kamui Kobayaşı isə TF109-un sükanı arxasında sonuncu sətri tutub. sabah sükan arxasına Yarno Trulli oturacaq.

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. S.BuemiToro RossoFerrari1:41.52865
2. P.de la RosaMcLarenMercedes+ 0:04.54828
3. N.HülkenberqWilliamsToyota+ 0:04.80728
4. N.PikeRenaultRenault+ 0:07.46133
5. K.KobayaşiToyotaToyota+ 0:09.46146

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 287
Teqlər
Paylaş

logo