M.Brandl: Favorit Red Bull-dur

Məşhur Formula1 şərhçisi Martin Brandl Red Bull komandasını favorir görür.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” testlərin son günündə yeniliklər gətirərək, ən sürətli olublar. Avstriyalılar mövsümün ilk yarışına da yeniliklər gətirəcəklər.

Martin Brandl: “Red Bull açıq favoritdir. Testin son günündə gətirdikləri yeniliklər irəliyə doğru böyük addım idi. Buna görə də üzləri gülürdü. Yeniliklər bolidi gücləndirdi.

Mercedes isə zəifdir və üçüncü ola bilərlər. Ancaq onları silmək olmaz. Gələn həftə bütün komandaların tam güclərini görəcəyik.

Mclaren isə 4-cü komandadır, amma onlar Mercedes-dən o qədər də geri qalmırlar. Aston Martin yaxşı test keçirdi və bolidi sürmək rahat görünürdü. Alpine, Aston Martin və AlphaTauri bir-birlərinə yaxındırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*