Alpine-a yeni rəhbər gəlir?

Suzuki MotoGP komandasının sabiq rəhbəri növbəti mövsümdən Alpine Formula1 komandasında işə başlaya bilər.

F-1.az bildirir ki, italitalı rəhbər MotoGP-də həm Yamaha-ya, həm də Suzuki-yə titullar qazandırıb.

Davide Brivio: “Qarşıma gözləmədiyim yeni bir fürsət çıxdı və mən də dəyərlindirməyə qərar verdim. Mənim üçün çətin qərar oldu. Suzuki-dən ayrılmaq asan olmayacaq. Uzun illərdir işlədiyim bu insanlarla sağollaşmaq məyusedicidir.

MotoGP-dəki çempionluq tarixə düşdü. Ümid edirəm ki, Suzuki yenə də gözəl nəticələr alar. Hər şeyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Brivio-nun komandaya gəlməsində ən böyük pay sahibi Renault-nun yeni rəhbəri Luka de Meodur. Onlar Yamaha MotoGP komandasında tanış olublar.

Brivio yeni mövsümdən Alpine-da rəhbər olacaq və yeni komanda rəhvəri Marçin Budkovski ilə işləyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*