Alpine yeni geyim tərəfdaşı ilə anlaşıb

Alpine komandası İtaliya qrupu BasicNET-in tərkibində olan Kappa və K-Way ilə genişmiqyaslı müqavilə imzalayıb.

F-1.az bildirir ki, Kappa yeni mövsümdən etibarən Alpine komandasının rəsmi geyim təchizatçısı olacaq. İtaliya şirkəti eyni zamanda Alpine Esport və Alpine Akademiyasını da geyimlə təmin edəcək.

K-Way isə komandanın yaşam tərzi tərəfdaşı olacaq və bütün səyahətlərdə komandaya paltar verəcək. Kappa isə komandaya müxtəlif paltarlar hazırlayacq və azarkeşlər bu geyimləri və ayaqqabıları əldə edə biləcəklər.

Xatırladaq ki, Kappa uzun illərdir Juventus, Barcelona, Roma və Milan kimi futbol klubları ilə işləyib.

Alpine komandasının rəhbəri Loren Rossi: “Kappa ilə işlədiyimiz üçün sevincliyik”.

Qeyd edək ki, markanın loqotiplərinin bolid üzərində olub-olmayacağı hələ də bilinmir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*